Tarix : 2015 Jun 17
Kod 46056

höccətül-islam Seyyid Rza Qələmkarian İsfahani: Cümə axşamı günü mübarək Ramazan ayının biridir

Ekspertlərin proqnozu budur ki, çərşənbə günü günbatan çağı Ramazan ayının ayını müşahidə etmək mümkündür. Buna görə cümə axşamı günü mübarək Ramazan ayının biridir.

AranNews- Bunu  Ayətullah Xameneinin dəftərxanasının Ayın axtarışı üzrə komitənin üzvi höccətül-islam Seyyid Rza Qələmkarian İsfahani deyib.
Həmçinin Ali Liderin ofisinin Ayı Müşahidə Qərargahının üzvü höccətülislam Əlirza Müvəhhidnejad bildirib ki, ekspertlərin proqnozu budur ki, çərşənbə günü günbatan çağı Ramazan ayının ayını müşahidə etmək mümkündür. Buna görə cümə axşamı günü mübarək Ramazan ayının biridir.
O əlavə edib ki, çərşənbə günü İranın müxtəlif vilayətlərində 150 -dən çox qrup mübarək Ramazan ayının ayını görmək üçün izləyəcək. Əgər ay çərşənbə günündə görünərsə, şəban ayı 29 gündə sona çatacaq və cümə axşamı günü mübarək Ramazan ayının birinci günüdür.
Müvəhhidnejad əlavə edib ki,bu qruplar çərşənbə günü Ramazan ayının ayını görə bilməzlərsə, cümə günü mübarək Ramazan ayının birinci günü olacaq. 
İran KİV-lərinin məlumatına görə, iyun ayının 17 -də 150 -yə yaxın qrup mübarək Ramazan ayını axtarması ilə bağlı işlərə başlayacaq. Bu ana qədər araşdırmaların nəticəsinə görə mübarək Ramazan ayının cümə axşamı günü başlaması gözlənilir. Hələki bu barədə heç bir fətva verilməyib. 

  • Yazılıb
  • da (də) 2015 Jun 17