Tarix : 2015 Jun 17
Kod 46055

İran islam respublikasinda Şəhidlərin dəfn mərasimi ilə bağlı müraciət + FOTO

bu gün İran İslam Respublikasına İraqdan gətirilən 270 şəhid cənazəsi daxil olub. Cənazələr İran-İraq müharibəsi zamanı şəhid olan iranlılardır. 30 ilə yaxın bir zaman olar ki, bəzi ailələri müharibəyə göndərdikləri yaxınlarından xəbərsiz idilər. Həmin şəxs itkin düşənlər siyahısında idi. Amma bu gün gələn cənazələrin içində bəzi ailələr öz itkinlərini tapıb.



AranNews-
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül üzma Xamenei çərşənbə axşamı günü Tehranda Müqəddəs Müdafiə dövrünün 270 qiymətli şəhidinin əzəmətli dəfn mərasimi ilə bağlı yadda qalan qəhrəmanlıq ardınca, bir müraciət verib.

İslam İnqilabının Böyük Rəhbərinin müraciətində bildirilir:

“Əlləri bağlı zülm görmüşlərə salam olsun, pak ruhlara salam olsun, bir daha həyat fəzasını ətirləndirən və yaşayanların həyatını sirab etdiniz. Allahı sevər və Allaha inanan bu xalqın ehtiyacı olduğu anlarda heç bir şübhəsi olmayan müjdələri oyanmış ürəklərə nazil edən və qonmuş tozları təmizləyən əziz və mehriban Allaha sonsuz şükürlər olsun. Siz böyük, vəfalı, sayıq və məsuliyyət hiss edən xalqa salam olsun. İlahi lütfü düzgünlüyü ilə tanıyırsız, dərk edirsiz və cavab verirsiniz. Sizin əziz vətənə yenidən qayıdan bu əzizlərin dəfn mərasimində mənalı iştirakınız inqilabın yadda qalan hadisələrindən biridir. Allahın rəhməti sizə, ürəklərə hakim Allaha sonsuz şükürlər və bu böyük sərvətin sahibi Həzrət Bəqiyyətullaha (əc) sonsuz salam olsun”.

Vəssəlamu ələykum və rəhmətullahi vəbərəkatuh










  • Yazılıb
  • da (də) 2015 Jun 17