Tarix : 2015 Jun 16
Kod 46050

İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gedən qız Rusiyaya geri qaytarıldı

Varvara Karaulova Rusiyanın Türkiyədəki səfirliyinin köməyi ilə Rusiyaya geri qaytarılıb.



AranNews-
mayın 27 -də İŞİD-ə qoşulmaq üçün Rusiyadan Türkiyəyə gedən və Suriya-Türkiyə sərhədində saxlanılan Varvara Karaulova Rusiyaya geri qaytarılıb.
Atası Pavel Karaulovun Rusiya və Türkiyə hökumətinə müraciəti nəticəsində Varvara haqqqında axtarış işləri başlamışdı. Pavel Karaulov bu hadisədə qızının günahkar deyil, qurban olduğunu söyləyib. Oç bu haqda belə danışıb: “Qızımın günahkar deyil, qurban olduğunu sübut edəcəyəm. Ailə vəkilimiz var. Güman edirəm ki, qızım hara getdiyinin fərqində deyildi, cinayət törətmək niyyəti yox idi”.
Moskva hava limanında jurnalistlərin sualları ilə qarşılaşan Varvara üzünə ağ örtük örtərək heç bir sual cavab verməyib.


  • Yazılıb
  • da (də) 2015 Jun 16