Tarix : 2015 May 25
Kod 45957

ANKARADA ZAVODDA GÜCLÜ PARTLAYIŞ BAŞ VERİB

partlayış nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Arannews - Türkiyənin paytaxtı Ankarada sement zavodunda güclü partlayış baş verib .

nəticədə 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb .

Hadisə Ankaranın Kazan rayonunda yerləşən “Bolu” Sement Zavodunda qeydə alınıb. Partlayışdan sonra yanğın baş verib .

İlkin məlumata görə, qaynar sementin altında qalan zavodun direktor müavini Orxan Özər və daha iki yetkili şəxs hadisə yerində ölüb, 2 nəfər isə yaralanıb .

Kazan rayonun bələdiyyə sədri Loğman Ərtürk hadisənin texniki nasazlıq nəticəsində baş verdiyini, yanğının qısa müddətdə söndürüldüyünü bildirib.

  • Yazılıb
  • da (də) 2015 May 25