Tarix : 2015 May 25
Kod 45954

Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunda Moləvişünaslıq Konfransı keçiriləcək

30mayda Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunda Moləvişünaslıq mövzusunda ikinci elmi-mədəni konfrans keçiriləcək. Konfrans, Türkiyənin İstanbul, Ərzurum və Van universitetlərindən 13 nəfər alimin, Təbriz Universitetinin tarix və ədəbiyyat bölmələrinin alimlərinin iştirakı ilə bir gün müddətində keçiriləcək.



AranNews-
Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunun rektoru doktor Əhməd Fərşbafiyan keçiriləcək konfransın məqsəd və cəhətlərini açıqlayaraq deyib: "Təbriz Universitetinin qonşu ölkələrin, əsasən də Azərbaycan Respublikası və Türkiyənin İranla qonşu vilayətlərinin universitetləri ilə daha yaxından tanışlıq və münasibətlərin möhkəmləndirilməsi, habelə İranın zəngin ədəbiyyatının bu universitetlərlə tanıdılması məqsədilə Təbriz Universitetinin Azərbaycanşünaslıq Tədqiqat və Araşdırmalar İnstitutu elmi-ixtisasi konfrans və seminarlar keçirməyə başlamışdır".
Rektorun dediklərinə görə bu yönümdə ilk konfrans Füzulişünaslıq mövzusunda Azərbaycan Respublikasından dəvət edilmiş alim və mütəfəkkirlər və Təbriz Universitetinin alim və tələbələrinin iştirakı ilə ötən ilin noyabr ayında baş tutub və konfransın hər iki ölkə alimləri üçün çox müsbət nəticələri olub.
Bu əsasla, 30 mayda Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunda Moləvişünaslıq mövzusunda ikinci elmi-mədəni konfrans keçiriləcək. Konfrans, Türkiyənin İstanbul, Ərzurum və Van universitetlərindən 13 nəfər alimin, Təbriz Universitetinin tarix və ədəbiyyat bölmələrinin alimlərinin iştirakı ilə bir gün müddətində keçiriləcək.
Konfransın təşəbbüskarları bildiriblər ki, bu və bundan qabaq keçirilmiş konfransın nəticə və nailiyyətləri çap edilərək maraqlananların ixtiyarına veriləcək .

  • Yazılıb
  • da (də) 2015 May 25