Tarix : 2015 May 21
Kod 45929

Təbrizdə akademik Kamal Abdullayevə “Elmi fəaliyyətə görə” mükafatı təqdim edilib + Foto

İran İslam Respublikasının Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) V konqresi keçirilib.



AranNews-
konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan, Kipr və İranda fəaliyyət göstərən universitetlərin rektorları və digər nüfuzlu elm ocaqlarının rəhbərləri, alimlər, elmi tədqiqatçılar iştirak ediblər.
Tədbir çərçivəsində KUNİB-in mükafatının təqdimetmə mərasimi olub. Birliyin sədri, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi fəaliyyəti və əsərlərinin əhəmiyyətindən danışıb. Sonra o, KUNİB-in “Elmi fəaliyyətə görə” mükafatını Kamal Abdullayevə təqdim edib.










  • Yazılıb
  • da (də) 2015 May 21