Tarix : 2015 May 16
Kod 45903

Məbəs günü bütün müsəlmanlara mübarək olsun

Məbəs lüğətdə yəni hərəkət verilən zaman deməkdir. Bu gün Allah Əziz Peyğənbərimizdən, artıq Allahın tərəfindən insanlara tərəf hərəkət edib onları zülmətdən nura doğru hidayət etməsin istəmişdir.

Bismillahir Rəhmanir Rəhim

AranNews- Salam olsun əziz mömin və möminə oxucularımız .Bu gün, Rəcəb ayının 27-də, dünya müsəlmanları əzəmətli bir bayramı qeyd edirlər.Məhz bu mübarək gündə, hicrətdən 13 il əvvəl, Allah Həzrət Muhəmmədi (s) Peyğəmbərlik məqamına ucaltdı və bu gün Məbəs bayramı kimi yadda qaldı.
Həzrəti Peyğənbər (səlləllahu əleyhi və alih) 610-cu miladi ilində 40-yaşında ikən Rəcəb ayının 27-sində Məkkə şəhərində Həra dağında İnsanlıq zirvəsin fəth edərək peyğənbərlik məqamına çatdı.
Bu müqəddəs gündə Allah-təala Həzrəti Peyğəmbərimiz (s)-a "Ələq” surəsinin ilk ayəsini Cəbrail mələk vasitəsilə nazil edərək buyurmuşdur: "Ya Mühəmməd, oxu!” Həzrət (s) mələyə nə oxuyum dedikdə Cəbrail buyurdu: "İqrə bismi rəbbikə...” Yəni öz rəbbinin adı ilə oxu.
Bu böyük bayram münasibətilə bütün iman əhlini səmimi qəlbdən təbrik edirik və Eyni zamanda, mübarək Rəcəb ayının son günlərinin və qarşıdan gələn mübarək Şaban ayının fəzilətlərindən bəhrələnmək tofiqini Mütəal Allahdan istəyirik. İnşəallah, Rəsulullaha (s) və onun pak Əhli-Beytinə (ə) layiq ümmət olmağımızı arzulayib və islami olkılırin yağı düşmən tapdağından qurtulması üçün Uca Allaha dualar edirik.

  • Yazılıb
  • da (də) 2015 May 16