Tarix : 2015 May 11
Kod 45873

Bakıda Quran Gecəsi keçirilib

Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur

Arannews - Bakıdakı Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçirilib . mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı alimlər iştirak ediblər. Mərasimdə çıxış edən Hacı Cavad məscidinin axundu, tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib ki, Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Quranin ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.

Hacı Əhliman Rüstəmov həmçinin deyib ki, bundan sonra da Hacı Cavad məscidində belə mərasimlər keçiriləcək.

 

  • Yazılıb
  • da (də) 2015 May 11