Tarix : 2015 May 09
Kod 45858

Azərbaycan Respublikasinda qatarla maşın toqquşdu

Ölən və yaralananlar var-Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil.

Arannews Dünən Axşam saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.

hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil.

Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2015 May 09