Tarix : 2015 Apr 01
Kod 45646

12Fərvərdin Yovmullah -İslam Respublikası Günün ən unudulmaz tarixi gün olarağ butun musəlmanlara təbrik deyirik

"Allah hökumətinin ilk günü12 fərvərdinin səhər çağı bizim ən böyük milli və dini bayramımızdır. Bizim xalqımız gərək bu əzəmətli günü bayram etsinlər. O gün 2500 illik tağut hökumətinin qəsrinin sütunları yıxıldı və şeytan hökuməti həmişəlik olaraq aradan getdi, məzlumlar və məhrumlar hökuməti onun yerinə gəldi".

AranNews - 12 fərvərdin İran İslam Respublikasının çox önəmli və tarixi günlərindən biri hesab olunur. Bu gündə İran xalqının tam qətiyyətli səs verməsinə əsasən, 2500 illik şah rejiminin yerinə İslam Respublikası siyasi quruluşu gəldi. 1358 -ci il fərvərdinin 12 -də (1 aprel 1979)  İran xalqının imperializm və şahlıq əleyhinə mübarizələri öz səmərəsini verdi və İran İslam Respublikası quruluşu təsdiqləndi. Bu gün İran xalqı İslam İnqilabı qələbəsindən bir neçə ay sonra referendumda iştirak etdi və 98.2 faiz səslə İslam Respublikasının ölkədə qurulmasını istəyərək ölkənin ictimai və siyasi quruluşunu dəyişdi. Ona görə də bu mübarək gün "İslam Respubliksı Günü" adlandı.
Bu münasibət ona görə mühümdür ki, bir neçə əsr dinin siyasətdən ayrı olması nəzəriyyəsinin və sekülar hökumət quruluşlarının dünyaya hökmranlığından, ilahi qanunların yalnız insanların şəxsi həyatına aid olması kimi yozulmasından sonra bu nəzəriyyələri 20 -ci əsrdə batil edən bir quruluş yarandı, dini təlim və meyarlara söykənən İslam hökumətini zühur etdirərək həyata keçirdi.
İslam Respublikası, İslam dininin qurtuluşverici təlim və qanunlarından ilham alaraq bu günkü bəşərin ictimai və siyasi ərsələrində yeni həyat nümunəsi təqdim etməklə insanın maddi və mənəvi ehtiyaclarını eyni zamanda təmin etməyə çalışan yeni bir hökumət quruluşudur.
Şah rejiminin devrilməsi ilə ölkənin idarəçiliyi üçün "demokratik respublika", "respublika", "İslam hökuməti" və s. kimi siyasi quruluşlar təklif olundu. Lakin İslam İnqilabının Böyük Rəhbəri İmam Xomeyni (rh) əvvəldən İslam respublikası hökumət quruluşu üzərində çox təkid edir, "İslam respublikası, nə bir kəlmə artıq, nə də bir kəlmə əskik"-deyə buyururdu. Bu təkid o zaman şahın zülmkar rejiminə qarşı mübarizə aparan xalqın istəyindən və o günlərdə dalğalanan şüarlarından qaynaqlanırdı. Xalq bütün mitinqlərində bir səslə "İstiqlal, azadi, Cumhuriyi-İslami" deyə hayqırırdı. Ona görə də respublika və İslam prinsipi İranın hökumət quruluşunun ayrılmaz bir prinsipidir və bu quruluşun öz yerini tutması və davamı üçün çoxlu şəhidlər təqdim olunmuşdur.

Bu gün münasibətilə İmam Xomeyni (rh) belə buyurur:

"Allah hökumətinin ilk günü 12 fərvərdinin səhər çağı bizim ən böyük milli və dini bayramımızdır. Bizim xalqımız gərək bu əzəmətli günü bayram etsinlər. O gün 2500 illik tağut hökumətinin qəsrinin sütunları yıxıldı və şeytan hökuməti həmişəlik olaraq aradan getdi, məzlumlar və məhrumlar hökuməti onun yerinə gəldi".

İranda İslam Respublikasının yaranması və Pəhləvi şah rejiminin devrilməsi daxili dəyişikliklər yaratmasından əlavə beynəlxalq aləmdə, xüsusilə də Asiyanın qərbində dəyişiklik yaratdı. Bu dəyişikliklər müstəmləkəçilərin hədəfləri ilə uyğun deyildi və onlarda İran xalqına qarşı düşmənçilik yaratdı. Ona görə də müstəqilliyin qorunması ağır xərclər apardı və bu ölkənin düşmənləri müharibə, siyasi şəxsiyyətlərin terroru, iqtisadi sanksiyalar və nəhayət dinc məqsədli nüvə proqramına nail olmağa maneçilik yaratmaq kimi taktikalar cızmaqla İran İslam ölkəsinin ayıq xalqının müstəqilliyinə zərbə vurmağa çalışırlar.
İranın əzəmətli xalqı bir daha İslam İnqilabının böyük memarı İmam Xomeyni (rh) və şəhidlərlə əhdlərini təzələyəcək, bu dəyərlərin qorunması uğrunda addım atacaq və İslam Respublikası Gününü bu ölkənin ən unudulmaz tarixi günü kimi əziz saxlayacaq.

Səməd Həsənzadə 

  • Yazılıb
  • da (də) 2015 Apr 01