Tarix : 2015 Mar 22
Kod 45606

Hacı Abgül Süleymanov əməliyyat olunub

ruhani Hacı Abgül Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə göndərilib. Bu gün isə ruhani əməliyyat olunub.

AranNews-ın "İslamazeri" saytina istinadən verdiyi xəbərə görə, bu haqda ruhaninin həyat yoldaşı Zəhra Süleymanova məlumat verib .
Onun sözlərinə görə, Hacı Abgül Süleymanov 16 gündür xəstəlikdən əziyyət çəkirmiş:
"Hacının bağırsağında xəstəlik peyda olub. Lakin
8 saylı həbsxanada laqeydlik göstəriblər. Sonra daxili müalicə müəssisəsinə göndərilb. Lakin Hacının vəziyyəti düzəlmək əvəzinə daha da pisləşib. Qanında zəhərlənmə olub və baş gicəllənmələri artıb. Bundan sonra  Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsindən həkim gəlib, onu müayinə edib.
Həkim dərhal onun köçürülməsini tələb edib. Hacı dünən axşam saatlarında Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülüb. Bu gün səhər saatlarında isə əməliyyat olunub və düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının çirklənməsinin qarşısı alınıb. Hazırda Hacının səhhəti yaxşılaşmağa doğru gedir, lakin həkim nəzarətində saxlanılır. Bir müddət müalicə olunmalı və bədəni güclənməlidir
."
Zəhra Süleymanova Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində həkimlərin ona yaxşı münasibət bəslədiyini qeyd edərək: "Hacı Bəyalı doktorun adını çəkdi və ona öz təşəkkürünü bildirdi". 

  • Yazılıb
  • da (də) 2015 Mar 22