Tarix : 2015 Mar 22
Kod 45602

İmam Rza (ə) hərəmində 100 nəfər əcnəbi müqəddəs İslam dinini qəbul edib

Ötən il (iranda il martın 21-də dəyişir) yüz nəfər əcnəbi müqəddəs İslam dini və şiə məzhəbini qəbul edib.

AranNews- Bunu Müqəddəs İmam Rza (ə) hərəminin  qeyri-iranlı zəvvarlarla iş üzrə idarənin direktoru Seyyid Məhəmməd Cavad Haşeminejad deyib.
M.C.Haşeminejad deyib ki, hər il pak İmam Rza(ə) hərəminə çoxlu sayda xarici və qeyri-müsəlman turist gəlir. "Onlar arasında bəzi şəxslər xilaskar bir cərəyan kimi İslam və Quran barədə araşdırma apararaq, yəqinlik dərəcəsinə çatır və bir müddət İslam təlimlərini öyrəndikdən sonra onu xilaskar bir din kimi dərk  edir və imamının hüzurunda şəhadətəyni oxuyur və İslam dinini qəbul edirlər.
Haşeminejad deyib ki, qeyd olunan şəxslər Almaniya, Polşa, Kamerun, Amerika, Belçika, Yaponiya, İsveç, Çin, Danimarka, Hollandiya və İrlandiya vətəndaşlarıdır və  şiələrin 8 -ci imamının hərəmini İslam dinini qəbul etmək üçün seçiblər.

  • Yazılıb
  • da (də) 2015 Mar 22