Tarix : 2015 Mar 17
Kod 45587

Bakıda növbəti "Quran Gecəsi" keçirilib

Mərasimdə tanınmış Quran qariləri, o cümlədən ziyalılar, ilahiyyatçı alimlər və digər mömin şəxslər iştirak ediblər

Arannews -  Bakıda Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçirilib. Mərasimdə tanınmış Quran qariləri, o cümlədən ziyalılar, ilahiyyatçı alimlər və digər mömin şəxslər iştirak ediblər.
mərasimdən əvvəl məscidin axundu, ilahiyyatçı alim hacı Əhliman Rüstəmov çıxış edib və bildirib ki, artıq Hacı Cavad məscidində bu tədbirin keçirilməyi ənənə halını alıb. Mərasimdə həmçinin qeyd olunub ki, İslam dünyası Həzrət Məhəmmədin (s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (s.ə) şəhadət gününün yaxınlaşmasını qeyd edir. Bir rəvayətə görə, Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub. Bu iki şahədət günləri arasında müəyyən matəm mərasimləri və Xanım Fatiməni (s.ə) yad etmək üçün tədbirlər keçirilir
.

 

  • Yazılıb
  • da (də) 2015 Mar 17