Tarix : 2015 Feb 26
Kod 45466

Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı faciəsi ilə bağlı bəyanat veriblər

Azərbaycanda təhsil alan iranlı tələbələrin elmi-mədəni birliyi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

AranNews xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti apardığı bildirilir və Xocalı faciəsinin buna əyani sübut olduğu vurğulanır.

Bəyanatda deyilir :

 Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulmağı ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
Beynəlxalq hüquqa əsasən, soyqırımı ən ağır cinayətlərdəndir. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktlarının həyata keçirilməyinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb.
İkili standartlar yürütmədən, beynəlxalq hüquq, norma və prinsiplərə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən soyqırımı aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, ogmaha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə almaları üçün səyləri artırmağa çağırırıq.
ogmaha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz ogma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar.
İranlı tələbələrin fikrincə, artiq 23 ildir, dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir, müvafiq mövzulu konfranslar, tədbirlər, sərgilər təşkil etməklə, Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir .
Biz iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq, Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik.

  • Yazılıb
  • da (də) 2015 Feb 26