Tarix : 2015 Feb 13
Kod 45419

İran Tarixi və Mədəniyyəti Mərkəzi Təbriz Universitetində Konfrans keçirir- "İslam İnqilabında Azərbaycanın Rolu Milli Konfransı"

"İslam İnqilabında Azərbaycanın Rolu Milli Konfransı" 2015-ci il fevralın 15-də Təbriz Universitetində keçiriləcək.

AranNews - Redaksiyamızın verdiyi məlumata görə "İslam İnqilabında Azərbaycanın Rolu Milli Konfransı" 2015-ci il fevralın 15-də saat 9:00-da İslam İnqilabı eksperltləri, Şərqi Azərbaycan əyalətinin və Təbriz Universitetinin məsullarının iştirakı ilə Təbriz Universitetinin Vəhdət salonunda keçiriləcək.
İslam İnqilabında Azərbaycanın rolu İmam Xomeyninin (rh) və Ali Məqamlı Rəhbərin  baxışında, İslam İnqilabında milli vəhdət və islami həmrəylikdə Azərbaycanın rolu, Azərbaycanın alim və ruhanilərinin İslam İnqilabının qələbəsində rolu, İslam İnqilabının müxtəlif dövrlərində Azərbaycanın rolu, Azərbaycan xalqının müxtəlif qrup və siniflərinin İslam İnqilabında rolu, İslam İnqilabının Azərbaycanın ədəbiyyat, incəsənət və mətbuatında rolu, İslam İnqilabının Azərbaycanda tarixi konteksti, İslam İnqilabı mərkəzlərinin Azərbaycanda funksiyası və İslam İnqilabının regional reaksiyasında Azərbayacanın rolu konfransın əsas mövzularından sayılır.
Həmçinin konfrasda İslam İnqilabının həqiqi xatirələrini və İnqilabın şanlı dövranının açılmamış sözlərini sənədləşdirmək məqsədilə xüsusi bir hissə olaraq, tarixi xatirələr dinlənəcək.

  • Yazılıb
  • da (də) 2015 Feb 13