Tarix : 2015 Feb 05
Kod 45390

məhkəmə zalında qətl hadisəsi baş verib

hadisə Dünən Balakən Rayon Məhkəməsində qeydə alınıb

Arannews - Balakəndə məhkəmə zalında qətl törədilib .

Balakən Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə Dünən Balakən Rayon Məhkəməsində qeydə alınıb .

Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev şikayətçilərin yaxınları tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2015 Feb 05