Tarix : 2015 Jan 12
Kod 45257

Azərbaycan Respublikasinda "Quran Gecəsi" mərasimi keçirildi

mərasimdə tanınmış quran qariləri iştirak ediblər

Arannews - Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" baş tutub

mərasimdə tanınmış quran qariləri, o cümlədən, ilahiyyatçı alimlər, ziyalılar, inanclı insanlar iştirak ediblər.

Mərasimdə öncə məscidin axundu ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov çıxış edib. O bildirib ki, artıq üçüncü dəfədir ki, Hacı Cavad məscidində belə bir tədbir keçirilir.

Qeyd olunub ki, Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir.

Sonra qarilar müxtəlif sürələrdən Quran oxuyublar.

  • Yazılıb
  • da (də) 2015 Jan 12