Tarix : 2015 Jan 08
Kod 45221

Azərbaycanda neftçilərin işsizliyi barədə həyəcan təbili çalındı

Azərbaycan Respublikasında artan işsizlik barədə həyəcan təbili çalindi

Arannews -Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri "Görəsən müvafiq dövlət qurumları ölkədə işsizliyin artmasından narahat deyillər?" sualını önə çəkərək, bildirir: ""Bahar" Əməliyyat Şirkəti yanvarın 5-də 83 nəfər işçini işdən azad edib. Bu şirkət 2010-cu ildən bəri hər il 100-dən yuxarı işçini işdən azad edir. Bundan əziyyət çəkən başqa işçilər də var. Belə ki, iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər. Əmək haqqı isə eyni qalır. Bun dan əlavə, "Azəriqaz" işçiləri də hər gün həyəcanla ixtisar bildirişlərini gözləyirlər. "Azərneftyağ" və Neft Emalı Zavodunun İdarəetmə Aparatında işləyən işçilər də narahatdırlar. Bu iki zavodun birləşməsi zamanı, işçilərin peşə bilikləri ARDNŞ-in İnsan Resursları Departamentində yoxlanılacaq və ən çox bal toplayan işçi işlə təmin olunacaq. Bu müsbət haldır. Amma təcrübə göstərir ki, bəzən 17 bal toplamış işçi (kiminsə qohumu) işlə təmin olunur, 30 bal toplamış işçi isə ixtisara düşür. Bax,bu da var!"
“Neft Strategiyası” üzərində iqtisadiyyat və siyasətini quran Azərbaycan Respublikasının enerji məsələsi bununla məhdudlaşmır. Dünya bazarlarında neftin kəskin ucuzlaşması bir vaxtda Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə bahalı bir binanın aldığı deyilir.

"SOCAR "-ın İstanbulun yeni yaşayış və iş mərkəzi "Vadistanbul"da aldığı yeni binanın sahəsi  19 min kvadratmetrdir. Bu bina 75 mln. dollara satın alınıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 08