Tarix : 2015 Jan 07
Kod 45200

vəhabi müftidən "namuslu fətva"

Nasir Ömərin verdiyi bu fətva sosial şəbəkələrdə mübahisələr yaradıb və kəskin etirazlara səbəb olub

Arannews - Səudiyyə şeyxlərindən olan Nasir Ömər evli bir qadının cinsi ehtiyacı əri tərəfindən təmin olunmasa, ərinin icazəsi ilə başqa bir kişi ilə münasibət qura bilər deyib.

Nasir Ömərin verdiyi bu fətva sosial şəbəkələrdə mübahisələr yaradıb və kəskin etirazlara səbəb olub. Bu fətva haqqında verilən ümumi rəylər isə belədir: "Artıq bu iyrənc fətvalara son verilsin. Bu tərz fətva verənlər fətva məqamından uzaqlaşdırılsın. Heç kim insanların əxlaqi dəyərlərini ayaq altına salmağa haqqı yoxdur."

Qeyd edək ki, Nasir Ömər bir neçə il əvvəl də "cihad nikahı" fətvası vermişdi. O, naməhrəm qadın olmaması halında Suriyada döyüşən terrorçuların öz məhrəmi (ana, bacı, xala kimi) ilə cihad nigahı edə biləcəyini söyləmişdi. Bir müddət sonra isə sıx etirazlar üzündən sözünü dəyişdirmişdi.

Məhrəm qadınlarla cihad nikahının caiz olduğuna fətva verən Nasir Ömərin bu fətvası "Əl-Visal" kanalından yayımlanmışdı.

  • Yazılıb
  • da (də) 2015 Jan 07