Tarix : 2015 Jan 07
Kod 45186

Şah Abbas məscidi dağılır

Tarixi Şah Abbas məscidi tamamilə dağılmaq təhlükəsi ilə üzləşib.

AranNews-ın “SalamNews” saytina istinadən verdiyi xəbərə görə, Tovuzda yerləşən və Gəncədəki Şah Abbas məscidini xatırladan abidənin təmirə ehtiyacı var. XVII əsrə aid məscidin, artıq bir hissəsi dağılıb. Tikilidə bərpa işləri aparılmasa, tamamilə dağıla bilər.
Məscidin hazırkı vəziyyətindən yerli sakinlər də narahatdır. Rayon sakini, müəllim Salman Ələsgərov yarımçıq qalan təmir işlərindən danışıb: “Məscid əvvəlcə sovet hakimiyyəti vaxtında anbar kimi istifadə olundu. Kolxozun camaatının istehsal etdikləri məhsulu burada saxlayırdılar. Baxımsızlıq üzündən məscid uçub dağıldı. Məscid iki dəfə təmir edilib. Axırıncı dəfə, təxminən, 88-ci ildə üst hissəsi təmir olundu. Alt hissəsi isə qaldı”.

Qeyd edək ki, 1940-70-ci illərdə fəaliyyəti dayandırılan Şah Abbas məscidi o vaxtdan təyinatı üzrə istifadə olunmayıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 07