Tarix : 2015 Jan 02
Kod 45131

Azərbaycanda yol qəzaları ilə bağlı dəhşətli rəqəmlər açıqlandı

Ötən il Azərbaycanda 2606 yol qəzası baş verib.

AranNews- 2014-cü ildə ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb.
2013-cü illə müqayisədə 233 yol qəzası, 39 ölüm və 218 yaralanma faktı azalıb.
Ötən ilin dekabr ayında 178 yol qəzası baş verib, nəticədə 98 nəfər ölüb, 265 nəfər xəsarət alıb.
Qeyd edək ki, 2013-cü ildə ölkə ərazisində 2840 yol qəzası baş verib, nəticədə 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 02