Tarix : 2015 Jan 01
Kod 45124

Marneulidə İmam Həsən Əskərinin şəhadəti keçirildi

Azərbaycandan tədbirə qatılan məddah Ceyhun Müəzzin məsum imamların şəninə rövzə və nohələr oxuyub

Arannews - Gürcüstan müsəlmanları mərasimdə ilahiyyatçılar Elçin Daşdanzadə və Hacı Əziz Nəbizadə çıxış ediblər.

Onlar İmam Həsən Əskəridən danışmış və Əhlibeytin məqamından hədis və rəvayətlər qeyd etmişlər.

Alimlər İmam Həsən Əskərinin şəhadətiylə dövrün imamı Hz Məhdinin (ə.c.f) də imamətə çatdığını xatırlatmış və müntəzirlərin vəzifələrinə işarə etmişlər.

Azərbaycandan tədbirə qatılan məddah Ceyhun Müəzzin məsum imamların şəninə rövzə və nohələr oxuyub.

Mərasimin rəsmi hissəsi "Fərəc" duasının oxunması ilə başa çatıb və mərasim ehsan süfrəsinə yekunlaşıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 01