Tarix : 2014 Dec 18
Kod 45025

Gürcüstanda 23 məscid azərbaycanlıların mülkiyyətinə veriləcək

Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyi Kvemo Kartli bölgəsində yerləşən və dövlət balansında olan 23 məscidi ölkənin Müsəlmanlar İdarəsinin səlahiyyətinə verəcək.


AranNews-
Bu barədə Agentliyin rəhbəri Zaza Vaşakmadze bildirib. Onun sözlərinə görə, Dini məsələlər üzrə Dövlət Agentliyinə əmlakın yenidən qeydiyyata alınmasına dair icazə verilib. Növbəti görüşdə yerdə qalan məscidlərin taleyinin müzakirə olunacağı planlaşdırılır. Bu barədə Oxu.az Gürcüstan mətbuatına istinadən məlumat verir. 
Hazırda Agentlikdə Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri ilə görüş keçirilir.
Xatırladaq ki, Kvemo Kartli bölgəsində 500 000-ə yaxın azərbaycanlı yaşayır.

  • Yazılıb
  • da (də) 2014 Dec 18