Tarix : 2014 Dec 17
Kod 45013

Azərbaycanda son beş ilin ən populyar adı - Zəhra

Ədliyyə Nazirliyi son beş ildə uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb.

AranNews- beş ilin (2010, 2011, 2012, 2013, 2014) toplu nəticəsinə görə, ən populyar ad Zəhradır. Bu illərdə Azərbaycan Respublikasında doğulmuş 16952 uşağa Zəhra adı verilib.
2-ci yerdə Yusif gəlir. Beş ildə 16923 uşağa Yusif adı qoyulub.
3-cü yeri Nuray adı tutur: 14077.
Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan ən populyar adların beş illik statistikasında Fatimə 4-cü (13471), Əli 5-ci (13100), Hüseyn 6-cı (12258), Məhəmməd 7-ci (8348), Murad 8-ci (7909), Zeynəb 9-cu (7671), Ayan 10-cu (7631) yerdədir. 

  • Yazılıb
  • da (də) 2014 Dec 17