Tarix : 2014 Nov 30
Kod 44880

Azərbaycanda “Ebola” virusuna görə banana tələbat azalıb

Bananın “Ebola” daşıyıcısı olması sübuta yetirilməsə də, onda insan orqanizmi, xüsusilə də uşaqlar üçün təhlükəli olan maddələrin aşkar olduğu iddia edilirdi

Arannews - Dünyanı bürüyən “Ebola” dalğası xeyli müddətdir Azərbaycanda da müzakirə mövzusudur. Səhiyyə Nazirliyinin, həmçinin respublikanın baş pediatrı Nəsib Quliyevin verdiyi Xəbərə gorə ; bananın çox təhlükəli meyvə olduğu bildirilirdi. Bananın “Ebola” daşıyıcısı olması sübuta yetirilməsə də, onda insan orqanizmi, xüsusilə də uşaqlar üçün təhlükəli olan maddələrin aşkar olduğu iddia edilirdi. Buna səbəb kimi bananın tam yetişmədən ölkəyə gətirildiyi əsas gətirilirdi.

valideynlərin bir çoxu yayılan xəbərlərdən sonra uşaqlarına banan verməkdən imtina edir. Statistika Komitəsindən aldığımız açıqlama da bunu deməyə əsas verir ki, hətta ötən illə müqayisədə ölkəyə banan idxalı azalıb.

Dövlət Statistika Komitəsindən bildirblər ki, Azərbaycana banan əsasən Ekvador, Kosta Rika, Türkiyə və Fransadan idxal olunur.

Məlumatda qeyd edilir ki, 2013-cü il ərzində ölkəyə Ekvadordan 8179,3 min dollarlıq 8847,5 ton, Kosta Rikadan 21,6 min dollarlıq 104,8 min ton, Türkiyədən 3,1 min dollarlıq 2 ton, Fransadan isə 1,4 min dollarlıq 0,1 ton banan gətirilib.

2014-cü ilin ilk 9 ayı ərzində 5173,3 min dollarlıq 5683,6 ton banan gətirilib.

Ötən ilə nisbətdə bananın miqdarı 94.5 faiz , məbləği isə 96 faiz aşağı olub.

Ölkələr üzrə isə 2013-cü ilin ilk 9 ayı ərzində Ekvadordan  5364,3 min dollarlıq 5907,2 ton, Kosta-Rikadan 21,6 min dollarlıq 104,8 ton, Türkiyədən 3,1 min dollarlıq 2 ton, Fransadan 0,7 min dollarlıq 0,1 ton banan gətirilib.

  • Yazılıb
  • da (də) 2014 Nov 30