Tarix : 2014 Nov 21
Kod 44792

Azərbaycanın media nümayəndələri İranın Qərbi Azərbaycan əyalətinə səfər edib

10 nəfərlik heyət "CBC" və "APA TV" telekanalları, "525-ci" və "Üç nöqtə" qəzetləri, "AzərTac", "Novosti Azərbaycan", "Trend" və "İnterfaks" xəbər agentliklərinin müxbir və fotoqraflarından ibarətdir.

AranNews- İran İslam Respublikası ilə Azərbaycan Respublikasının KİV-ləri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə bu cümə günü (21.11.2014) günorta çağında Azərbaycan Respublikasının mediya işçilərindən ibarət üçüncü dəstə 10 nəfər olmaqla Biləsüvar Gömrük mənqətəsi ilə İrana yola düşmüşdür.
Bu mediya qrupunun səfəri Azərbaycan xalqının İranın iqtisadi, mədəni və turizm sahələrində mövcud olan potensialı ilə tanışlığı hədəfini izləyir.
Azərbaycan mediya qrupu Qərbi Azərbaycan əyalətinin Maku, Xoy, Məhabad və Urmiya şəhərlərində olacaq və bu şəhərlərin iqtisadi və turizm potensialları ilə tanış olaraq öz mediyaları üçün xüsusi reportajlar və xəbərlər hazırlayacaqlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İrana getmiş ilk mediya işçiləri qrupu bu ilin iyul ayında Ərdəbil əyalətinə, ikinci qrup isə avqust ayında İranın Gilan əyalətinə getmişdi.
İki ölkənin mediyaları arasında əlaqələrin möhkəmlənməsi, mediya işçilərinin İran İslam Respublikasının şimal və qərb bölgələrində yerləşən əyalətlərinin müxtəlif sahələrdə malik olduğu potensialları ilə tanış olması, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının İranın şimal əyalətlərinə səfəri üçün münasib şəraitin yaradılması bu səfərin önəmli hədəflərindən sayılır.
İranın Qərbi Azərbaycan əyaləti Azərbaycan Respublikası, Türkiyə və İraq ölkələri ilə həmsərhəd olduğu, Naxçıvan Muxtar Respublikası üçün əlaqələndirici qapı sayıldığı və eləcə də İran, Azərbaycan Respublikası və Türkiyə arasında müştərək körpü xarakteri daşıdığı üçün bölgədə yerləşən ölkələr arasında mədəni və iqtisadi əlaqələr baxımından yaxşı potensiala malikdir.
Azərbaycan Respublikasından olan mediya işçilərinin İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinə səfəri iki millət arasında iqtisadi, mədəni və turizm sahələrini ehtiva edən qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət göstərir.
Azərbaycan Respublikası İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan əyalətləri, dənizdən isə Mazandaran əyaləti ilə həmsərhəddir. Bunu da qeyd etmək lazımdır ki, bu ilin yay fəslində İran və Azərbaycanın müştərək istisadi komissiyasında bu ölkənin İranın sərhəd əyalətləri ilə əməkdaşlıq etməsi məsələsi gündəmdə olmuşdur.

  • Yazılıb
  • da (də) 2014 Nov 21