Tarix : 2014 Nov 20
Kod 44784

Bakıda iki polis işçisi bıçaqlanıb

Bıçaqlanan hər iki polis nəfəri Klinik Tibbi Mərkəzə yerləşdirilib

Arannews - Bakıda yol polisləri bıçaqlanıb.

hadisə Binəqədi rayonunda baş verib. küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhər Baş Polis İdarə Cəfər Xəndansi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, 2 polis inspektoru naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıblar və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətiriliblər.

İlkin araşdırmalardan sonra hər iki yol polisi əməkdaşının “Nissan” markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanması məlum olub. Bəlli olub ki, avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.

Faktla bağlı cinayət işi açılıb. Yol polislərini bıçaqlayan şəxslər axtarılır.

  • Yazılıb
  • da (də) 2014 Nov 20