Tarix : 2014 Nov 15
Kod 44708

Ali Məhkəmə “Fatimeyi-Zəhra” məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.

2saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsi təmin edərək dini icmanın ləğv edilməsinə dair qətnamə qəbul edib.


AranNews-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib .
Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlayıb. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb .
Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib. 

  • Yazılıb
  • da (də) 2014 Nov 15