Tarix : 2014 Nov 04
Kod 44588

İmam Xomeyninin (rh) strategiyası: Şiə hilalı, ya İslam vəhdəti?

İslam dünyası üçün imam Xomeyninin (rh) geosiyasəti bu idi ki, müsəlmanlar ortaq dini etiqalara malikdirlər və ona bağlıdırlar.

AranNews- İran İslam Respublikasının İordaniyadakı sabiq səfiri Məhəmməd Əli Subhani "İslam Dünyasının Gələcək Araşdırmaları" saytına verdiyi müsahibəsində bəzi dairələr və mühafizəkar ərəb ölkələri tərəfindən şiə qorxusu yaratmq məqsədilə "şiə hilalı" planının ortalığa atmalarına toxunaraq imam Xomeyninin (rh) bu barədə fikirlərini təhlil edib və onun strategiyasının şiə hilalı yox, İslam dünyasının vəhdətinə nail olmaq istəməsi olduğunu açıqlayıb. Sabiq səfir əlavə edib: "İslam dünyası üçün imam Xomeyninin (rh) geosiyasəti bu idi ki, müsəlmanlar ortaq dini etiqalara malikdirlər və ona bağlıdırlar. İslam ölkələri sionist rejimi kimi işğalçı bir dövlətin mövcudluğu ilə siyasi məsələlərdə və ortaq bir fikrə gəlmələrinin mümkünlüyü, habelə bir-birinin təkmilləşdiricisi ola bilmələrini nəzərə almaqla dünyada geniş strategia ilə görünə bilərlər.
Bunun üçün də İslam ölkələri gərək öz ortaq fikir birliyinin ətrafında birləşsinlər. Bu proqram çərçivəsində imam Xomeyni (ə) həmin nəzəriyyəni izlədi və Fələstin məsələsində "Qüds Günü" layihəsini təklif etməklə müsəlmanları vəhdətə tərəf yönəltdi. Digər məsələlərdə də yenə imam Xomeyninin (ə) nəzərini izləmək və həyata keçirməklə vəhdətə nail olmaq olar." 

  • Yazılıb
  • da (də) 2014 Nov 04