Tarix : 2014 Oct 22
Kod 44422

qanunsuz orqan satışında olan Azərbaycanlı həkimlər

Ukrayna Milli Təhlükəsizlik Xidməti milislə birlikdə Kiyevdə insan orqanlarının satışı üzrə ixtisaslaşan beynəlxalq qruplaşmanın iki üzvünü saxlayıb.

AranNews- Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Cənubi Amerika ölkələrinə göndəriblər.

Məlum olub ki, cənayətkarlar 4 il (2010-2014) ərzində xaricə təxminən 50 insanı göndərə bilib. Bunlar yalnız Ukrayna deyil, həm də Azərbaycan, Ermənistan, Litva və Rusiya Federasiyası vətəndaşlarıdır. Xəbərdə bildirilir ki, Ukraynada donor olaraq yalnız yaxın qohumlar çıxış edə bilərlər.
İsitintaqın məlumatına görə, 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.
Tutulan şəxslər barəsində Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsi üzrə cinayət işi başlayıb.

  • Yazılıb
  • da (də) 2014 Oct 22