Tarix : 2014 Oct 01
Kod 44163

Azərbaycanda 7 nəfər öldürülüb

Azərbaycanda kütləvi qətl hadisəsi baş verib

Arannews - Goranboy rayonunda kütləvi qətl törədilib

Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

 Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

  • Yazılıb
  • da (də) 2014 Oct 01