Tarix : 2014 Sep 28
Kod 44132

ictimaiyyət, Mövsüm Səmədov və Leyla Yunusa qarşı təzyiqlərə xatir bir araya toplandı

Son bir neçə gün ərzində şərlənərək həbs olunan siyasi məhbusların incidilməsi, konstitusion hüquqlarının məhdudlaşdırılması müşahidə olunur.

Arannews- Təbiidir ki, bu vəziyyət həm ictimaiyyəti, həm də siyasi məhbuslarının hüquqlarını müdafiə komitəsinin üzvlərini narahat edir.   Elə bu səbəb, Milli Şura və siyasi məhbusların hüquqlarının müdafiə komitəsi üzvlərinin bir araya gəlməsini labüd etdi. AzadXeber.az-ın verdiyi məlumata görə, komitə üzvlərinin və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Milli Şura sədri Cəmil Həsənli açdı. O, bildirdi ki, hər hansı bir şəxsin həbs edilməsi onu konstitusion hüquqlarından tam olaraq məhrum etmir, yalnız məhdudlaşdıra bilir: "Azərbaycan hökuməti isə görünür bunu başa düşmür. Əks halda şərləyərək həbs etdirdiyi məhbusları cəzaçəkmə müəssisələrində təzyiqə məruz qoymazdı".   Azərbaycanı Hitler Almaniyası və Stalin Rusiyası ilə müqayisə edən Milli Şura Sədri, artıq 21-ci əsrdə yaşadığımızı, eləcə də bir çox beynəlxalq təşkilatlar qarşısında öhdəliklərimizin olduğunu xatırlatdı. Cəmil Həsənli çıxışında siyasi məhbus Leyla Yunusun və AİP sədri Möhsüm Səmədovun cəza çəkdikləri müəssisələrdə təzyiqə məruz qaldıqlarını, antiinsani hərəkətlərlə üzləşdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, bütün büynəlxalq və insan hüquqları təşkilatlarına Azərbaycanda baş verən özbaşınalıqları çatdırmağın vacibliyini vurğuladı.   Tədbirdə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də çıxış etdi. O, ölkədə 105 siyasi məhbusun olduğunu bildirdi və bu şəxslərin hər gün təhqirlərə, təzyiqlərə məruz qaldığını diqqətə çatdırdı. Birliyin sədri qeyd etdi ki, əgər bütün ölkə əhalisi haqsızlığa qarşı mübarizə apararsa, o zaman nəticə əldə etmək olar. Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə çıxışında Siyasi məhbusların şərlənərək həbs  olunduğunu bildirdi. Leyla Yunus, Möhsüm Səmədov, eləcə də digər cəza çəkənlərin hər gün təzyiqlərlə üzləşdiyini dilə gətirən Rövşən Əhmədli  ictimaiyyəti bu haqsızlıqlara göz yummamağa çağırdı.   Milli şuranın Beynəlxalq Əlaqələr şobəsinin rəhbəri Gültəkin Hacıbəyli isə çıxış edərək dövlətin ikiüzlü qadın siyasətindən danışdı. Dövlətin yüksək postunda əyləşən bir çox cinayətkar qadınların müxtəlif bəhanələr gətirilərək bağışlandığını deyən şöbə sədri, haqsızlıq qarşısında susmayanların isə dərhal həbs edildiyini xatırlatdı.Çıxışının sonunda Gültəkin Hacıbəyli bildirdi ki, hər bir dövlət günahkar cəzasız qalıb, günahsız cəzalandırılarkən sarsılır. 

  • Yazılıb
  • da (də) 2014 Sep 28