Tarix : 2014 Sep 17
Kod 43988

Hicaba qadağa qoyan rektoru cəzalandırmaq lazımdır

rektoru cəzalandırmaq lazımdır ki, başqalarına da nümunə olsun

Arannews - Müasir Müsavat partiyasının sədri Sumqayıt Dövlət Universiteti rektorunun hicablı tələbələri dərsə buraxmamasına sərt reaksiya verib

“Hicaba qadağa qoyaraq prezidentə qarşı çıxan SDU-nun rektoru işindən azad olunsun. O, hansı cəsarətlə ölkə başçısının tapşırığına qarşı çıxır ?!”

Bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Sumqayıt Dövlət Universiteti rektorunun hicablı tələbələri dərsə buraxmamasına münasibət bildirərkən söyləyib.

“O rektoru cəzalandırmaq lazımdır ki, başqalarına da nümunə olsun. Qoy bilsin ki, prezident ölkənin yiyəsidir. Prezidentin verdiyi tapşırıqlar müzakirə yox, icra olunur. O, kimdir ki, prezidentin tapşırığını yerinə yetirməsin?! Belə şəxslər dövlətin əleyhinə gedir. Sərt tədbirlər görmək lazımdır” - partiya sədri qeyd edib.

  • Yazılıb
  • da (də) 2014 Sep 17