Tarix : 2014 Sep 14
Kod 43972

13-cü mərtəbədən düşən qadın sağ qaldı

Hadisə Moskvada qeydə alınıb

Arannews - Qadın binanın həyətində olan "Mersedes" markalı avtomobilin üstünə düşüb.

Hadisə Moskvada qeydə alınıb. 31 yaşlı Svetlana 13-cü mərtəbədə yaşadığı evin pəncərəsindən tullanıb.

Qışqırıq səsi eşidən qonşusu xoşbəxtlikdən maşının üzərinə düşən qadını görüb. O, dərhal təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər onu şüurlu görəndə təəcübləniblər. 31 yaşlı Svetlananın içki qəbul etdiyi müəyyənləşib.

O, çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

  • Yazılıb
  • da (də) 2014 Sep 14