Tarix : 2014 Sep 07
Kod 43928

BU GÜN İMAM RZANIN (Ə) MÖVLUD GÜNÜDÜR

Əziz müsəlmanlar! Sizi İmam Rzanın (ə) səadətli mövludu münasibəti ilə təbrik edirik. Bayramınız mübarək!

Arannews - İmam Əli ibn Musa hicrətin 148-ci ilin Zilqədə ayının on birində Mədinə şəhərində anadan olub.

İmamın anası - Nəcmiyyə öz dövrünün ən görkəmli və ziyalı qadınlarından olub. İmam Rza lap uşaq vaxtlarından sübut edib ki, o, sonuncu peyğəmbər olan Məhəmməd peyğəmbərin nəslinin layiqli davamçısıdır. İmam Riza (ə.s) atası imam Kazim (ə.s) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşındaykən imamətə çatıb.

Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. 55 yaşında vəfat edən İmam Riza Məşhəddə dəfn edilib.

Əziz müsəlmanlar! Sizi İmam Rzanın (ə) səadətli mövludu münasibəti ilə təbrik edirik. Bayramınız mübarək!

  • Yazılıb
  • da (də) 2014 Sep 07