Tarix : 2014 Aug 13
Kod 43749

PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA ƏR-ARVAD ÖZÜNÜ YANDIRDI

özünü yandıranlar 39 yaşlı Elçin Əlimuradoğlu və onun həyat yoldaşı, 32 yaşlı Jalə Salahovadır. Sumqayıt şəhər sakinləri evlərinin sökülməsinə etiraz edirlər

Arannews - Bu gün özünü Prezidenti Administrasiyasının qarşısında yandıranların kimliyi bəlli olub.

özünü yandıranlar 39 yaşlı Elçin Əlimuradoğlu və onun həyat yoldaşı, 32 yaşlı Jalə Salahovadır. Sumqayıt şəhər sakinləri evlərinin sökülməsinə etiraz edirlər. Onların 3 yaşlı Səkinə adlı qızları var.

Elçin Əlimuradoqlu Tərtər uğrunda gedən döyüşlərdə vuruşub. Müharibə veteranıdır. Onun beli yanıb.

Həyat yoldaşının vəziyyəti isə ağırdır, onun həyatı təhlükə qarşısındadır.

****

Bu gün özünü Prezidenti Administrasiyasının qarşısında özünü yandıran şəxslər 5 saylı şəhər xəstəxanasının yanıq mərkəzinə aparılıblar.

özlərini yandıranlar ər-arvaddır. Qadının vəziyyəti ağır olduğundan o, reanimasiyadır. Kişiyə isə ilkin tibbi yardım göstərilib: “Kişi dedi ki, məhkəmə onların xeyrinə qərar çıxardığı halda evlərini söküblər. Buna görə də etiraz olaraq özlərini yandıraraq intihar etmək istəyiblər”.

Əməkdaşımız xəbər verir ki, həkimlər onun açqılamalarını davam etdirməyinə mane olublar. Ona görə də hadisənin digər detallarını, sökülən evin hansı ünvanda olduğunu, eləcə də özlərinə qəsd edənlərin ad-soyadını dəqiqləşdirmək mümkün olmayıb.

*****

Azərbaycan Prezidenti Administrasiyasının qarşısında bir nəfər kişi özünü yandırmağa cəhd edib.

Hadisənin şahidi olan virtualaz.org-un müxbiri bildirir ki, ərazi polis tərəfindən mühasirəyə alınıb. Bununla belə, həmin şəxs özünə od vura bilib. Amma ətrafdakılar onun yanmasının qarşısını alıblar.

İntihara cəhd edənin nədən bu addıma əl atdığının səbəbi hələlik məlum deyil.irilməyib .

  • Yazılıb
  • da (də) 2014 Aug 13