Tarix : 2014 Jul 14
Kod 43470

məktəblilər üçün FAHİŞƏXANA-ŞOK

qadınlar ən ucuz ödənişli seks xidməti göstərməklə yanaşı, hətta azyaşlıları da yoldan cıxarmaqla ...

ARANNEWS - Gəncə şəhəri Atatürk porspekti kvartal 247, bina 1 ünvanında bu günlərdə baş verən cinayət hadisəsi haqqında məlumat vermişdik.

Şəhərdə əks-səda doğuran bu hadisə zamanı adıçəkilən ünvanın sakini Faya adı ilə məşhur olan 1964-cü il təvəllüdlü Firuzə Vəliyeva qətlə yetirilmişdi. Öldürülən qadın ən ucuz ödənişli seks xidməti göstərməklə yanaşı, hətta azyaşlıları da yoldan cıxarmaqla məşğul olurmuş.

Sakinlərin dediyinə görə, həmin ünvanda yerləşən yataqxana əxlaqsızlıq yuvasıdır. Burada Tamara adlı (ad şərtidir) qadın yataqxananın qarşısına gələn insanlara “qız var” deyə seks xidməti təklif edir. Bundan bashqa yataqxananın həyətində yerləşən qarajda da başqa bir qadın tərəfindən bu cür xidmətlər müştərilərə təklif olunur. Məsələnin acınacaqlı tərəfi isə həmin ərazinin yaxınlığında 18 saylı məktəbin yerləşməsidir. Məktəbin yuxarı sinif şagirdləri də bu qadınların “tabeçiliyində” olan fahişələrin intim xidmətindən tez-tez istifadə edirlər. Bu xidmətlər burada cox ucuz, təxminən 3-5 manat civarında olduğundan, şəhərin başqa məktəblərindən də bura, bakirəliyini itirmək üçün yeniyetmə oğlanlar gəlir və onların sayı da durmadan artır.

Sakinlərin dediyinə görə, ətrafda yaşayan şəxslərdən bəziləri bu vəziyyətdən təngə gələrək, mənzilini satmağa məcbur olub. Bu ərazi şəhərin mərkəz hissəsi olmasına baxmayaraq, vəziyyəti belə görən ətraf binaların sakinləri də övladlarının əxlaqı ilə bağlı narahatlıq keçirdiklərindən buradan köçməyə üstünlük verirlər:

“Hətta evimizə gələn qonaqlara belə məhəllədən keçən zaman bu cür xidmət təklif edilir. Lap biabr olmuşuq”.

Şikayətçilər məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinə müraciət etdiklərini də söyləyiblər. Müraciətdən sonra “mamarozalar” şöbəyə çağırılıb və heç nə olmamış kimi sərbəst buraxılıb. Artıq belə vəziyyət 10-15 ildir davam edir. Hətta gecə saatlarında müştərinin döyülüb, pulunun əlindən alındığı hallar da baş verib.

Maraqlı məqamlardan biri də budur ki, sözügedən Tamara həmin binada yaşamır və bu əraziyə ancaq “iş” üçün gəlir.

“Təmas” Regional İnkişaf İctimai Birliyin sədri Südabə Məmmədova açıqlamasında sakinlərin söylədiklərinin həqiqət olduğunu təsdiqləyib: “Həmin ünvanda iki yataqxana var. Bu yataqxanalardan biri Xalça, digəri Toxuculuq fabrikinin yataqxanasıdır. Eşitdiklərimə əsasən deyə bilərəm ki, bu ərazinin sakinləri hələ illər öncə də eyni problemdən əziyyət çəkiblər. Ona görə də bu binalarda və yaxın ətraflarda mənzillərin qiyməti çox ucuzdur. Hətta deyilənlərə görə yaxın ərazidə vaxtilə cinsi azlıqların belə öz xidmətlərini təklif etdikləri bir yer də olub”.

S. Məmmədova bildirib ki, təmsil etdiyi qurum ödənişli seks xidməti təklif edən qadınlarla müəyyən ünsiyyət qurmağa cəhd edib: “Lakin nə qədər təzadlı görünsə də, məhz bu yataqxanada özlərinin dediyinə görə fahişələr əxlaqsızlıqla məşğul olmur. Məhz “çörəyə çıxırıq” deyə, özlərinə haqq qazandırırlar. Onlar vaxtilə zorakılığa məruz qalmış və cox gənc yaşlarından fahişəliyə cəlb olunan qadınlardır. Yəni bu artıq onların həyat tərzidir”.

QHT sədri deyib ki, yataqxanada antisanitariya hökm sürür, fahişələr arasında müxtəlif dəri zöhrəvi xəstəliklər, hepatit və digər virusların daşıyıcıları da var: “Bu xidmətlərdən məktəblilər də istifadə edir. Nəticədə artıq bütöv bir nəslin xəstəlik daşıyıcısı olması ilə yanaşı, yeniyetmələrin həyatı üçün çox böyük bir təhlükə də yaranır. Eyni zamanda bu qadınların özləri də mütəmadı şəkildə öz müştəriləri tərəfindən döyülərək zorakılığa məruz qalırla.

Əslində burada bir qrup qadının cinsi istismarından söhbət gedir. Biz bu barədə artıq müəyyən qurumlara xəbər verməyi planlaşdırırıq”.

QHT rəhbəri onu da qeyd edib ki, sözügedən yataqxanaların tezliklə söküləcəyi də nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2014 Jul 14