Tarix : 2014 Jul 06
Kod 43411

Alman tədqiqatçıları pornoqrafiyanın acı nəticələrini aşkarlayıb

Son vaxtlar alman tədqiqatçıları belə nəticəyə gəliblər ki, pornoqrafiya izləmək beyinin boz maddələrin kiçilməsinə və beyinin bəzi əlaqələrinin zəifləməsinə səbəb olur
Almaniyanın Təkamül Antropologiya Max Planck Cəmiyyəti İnstitutu və Şarite Psixiatriya Kllinikasının ortaq irəli sürdükləri nəzərlər pornoqrafiya izləməyin beyinin boz maddəsinə zərər vurmasına işarə edir. Tədqiqata əsasən, porno izləyən kişilərin beyni adi insanların beynindən tamamilə fərqldir.
Tədqiqatda orta olaraq həftədə dörd dəfə porno izləyən 21-41 yaşda kişilərin beyin MRİ-ı ürərində mütaliə olunub. Nəticədə məlum olub ki, çox pornoqrafiya izləyənlərdə beynin motivasiya və mükafat sistemini nəzarətdə saxladığı yer kiçilmişdir.
Üzərində araşdırılma aparılan şəxlərin heç biri porno izləməyə, yaxud cinsi yaxınlığa adət etməmiş olub.
Beyinin mükafat sistemi (radar sistemi) bütün məməlilərdə xüsusi ismarıc sistemi olaraq bədəni onun ehtiyaclı olduğu şeylərin aradan qalxmasından xəbərdar edirlər.
Aclıq, cinsi istək, musiqiyə qulaq asmaq və s. kimi bədən ehtiyacları aradan qalxdıqdan sonra beyin hormon ifraz edərək insanda ləzzət yaradır.
Tədqiqat qrupunun rəhbəri doktor Simone Quinn bu barədə deyir: "Tədqiqatın nəticəsi budur ki, ardıcıl surətdə ponoqrafiya izləmək beyinin mükafat sistemini tənbəlləşdirir".
Bu tədqiqatçıların nəzərinə əsasən, seks səhnələrinə baxan belə şəxslərin beyni, arada belə səhnələri izləyənlərin beynindən az mükafat ismarıcı yollayıb. Belə ki, bu səhnələri hər gün izləyənlər təsadüfi izləyicilərdən az ləzzət hiss edirlər.
Doktor Simone Quinn artırıb: "Ona görə də bizə elə gəlir ki, çox porno izləyənlərin təbii ləzzətə çatmaları üçün daha güclü təhrikedicilərə ehtiyacları var".
Cinsi həyatlarından narazı qalan bir çox cütlüyün probleminin səbəbi də bu ola bilər. Halbuki, bir çox klinikalarda cinsi problemin aradan qaldırılması üçün ponoqrafiya tövsiyə olunur. Lakin, son araşdırmalar göstərir ki, həddən artıq çox ponoqrafiya izləmək cütlüklərin həyatını təhlükəyə sala bilər.
Simone Quinn izah edib: "Digər yeni bir araşdırma göstərir ki, erotik mövzularla baş qarışdıran yeniyetmələr müxtəlif növ qeyri-qanuni ponoqrafiyanı və onu gündəlik həyatlarında icra etməyi xoşlayırlar".
Digər araşdırmaçılar da belə qənaətə gəliblər ki, gündəlik ponoqrafiya izləmək orda müşahidə edilənləri həyatda icra etməyə həvəsi çoxaldır. Bu meyl təkrar olduqda öz-özünə eynilə narkotik maddələrə adət mexanizmi kimidir. Narkotik maddələrindən istifadə bir müddətdən sonra beyinin hiss etmə qabiliyyətini azaldır. Şəxs də beyinin mükafat ötürücüsünü qabaqkı miqdarda fəal saxlamaq üçün daha artıq təhrikediciyə ehtiyac duyur.
Qabaqlar da sübuta yetmişdi ki, ponoqrafiya izləmək beyinin keçmiş hissəsi və mükafat sistemi ilə əlaqəlidir. Beyinin bu iki hissəsiin maraq yaratmaqda böyük rolu vardır və ləzzət istəyini tənzimləyir.
Beləliklə, bu araşdırmadan iki nəııticə əldə etmək olar ki, pornoqrafiya izləmək ya beyinin xarab olmasına səbəb olur, ya da beyin korteksinin bir hissəsi kiçik olanalar porno izləməyə ehtiyaclı olurlar.
İkinci nəticə düzgün olduğu təqdirdə daha çox hansı kişilərin erotik səhnələr izləməsini proqnozlaşdırmaq olar.
Pornoqrafiya məhsulları internet vasitəsilə daha asan və gizli əldə edilə bildiyi üçün ondan istifadə çox artmışdır.
Doktor Simone belə düşünür ki, statistikalar göstərir ki, internetdən istifadə edənlərin 50%-i ardıcıl olaraq porno izləyirlər.
"Araşdırmalardan belə çıxır ki, daim porno izləyənlər cinsi hərəkətə təbii cavab verə bilmirlər ya da onların təbii cinsi gücləri azalmışdır və bu onlarda cinsi meyilsizliyə və zəifliyə gətirib çıxarmışdır".
ABŞ Psixatorlar Cəmiyyətinin jurnalında yayımlanan digər bir araşdırmada pornoqrafiya izləməyin artması ilə dipressiya və spirtli içkilərə üz gətirmənin artması arasında sıx əlaqə vardır.
Bu tədqiqatçılar oxşar fərqi beyinin həcminin kiçilməsində də müşahidə ediblər. Əsasən də kokain və spirtli içkilər kimi adətləri tənzimləyən hissələr.
Bu araşdırmada da çoxlu pornoqrafiya izləməklə narkotik maddələrə və spirtli içkilərə qurşanmaq arasında əlaqə üzə çıxır.
Doktor Quinn və Qalinanın apardığı digər təhqiqatda erkək meymunlar dişi meymunların cinsiyyət üzvünə baxdıqları surətdə yemək və içmək ləzzəti mükafatını almağını istəmirlər.
Belə nəticəyə gəlmək olar ki, porno mövzusu hətta, yeyib-içmək ləzzətindən də önəmlidir.

  • Yazılıb
  • da (də) 2014 Jul 06