Tarix : 2014 Jul 03
Kod 43382

Azərbaycanın musiqi ustadı: Məşhəd ziyarətində olmaq mənim çoxdankı arzum idi-İrandan çox təsirləndim

Bütün ölkələrdə təşviq olunmuşam, amma həmişə ən çox İrandan təsirlənmişəm və bu əbədi olaraq mənim xatirimdə qalacaq
AranNews- Redaksiyamızın "Təbrizi-bidar"a istinadla verdiyi xəbərə görə, İranın Bakıdakı səfiri Möhsin Pakayin deyib: "Azərbaycan Respublikasının tanınmış musiqi ustadı Ramiz Quliyev ailəsi ilə birliklə Məşhəd ziyarətinə getmək arzusunda idi. Səfirliyin İranın Mədəniyyət Nazirliyi ilə müzakirəsindən sonra bu səfər Ramazan ayından iki gün qabaq təşkil olundu".
Ramiz Quliyev Məşhəd şəhərində həmçinin bu şəhərin musiqi ustaları ilə görüşüb. Onlarla səmimi danışıqlar aparıb. Ziyarətdən sonra açıqlama verən R.Quliyev bildirib ki, Məşhəd ziyarətində olmaq təsadüfi deyil, bu mənim və ailəmin çoxdan ki, arzusu idi.
O, İranda özünü qonaq kimi yox, səmimi dostların arasında olduğu kimi hiss etdiyini bildirərək artırıb: "22 il bundan öncə ilk dəfə İrana gəlmişdim. İrana girən kimi xalq tərəfindən çox səmimi qarşılandım. Mənimlə o qədər səmimi davrandılar ki, mən özümü qonaq yox, səmimi dostların arasında hiss edirəm".
Görkəmli sənətkar yetmişdən çox ölkədə musiqi ifa etməsinə işarə edərək deyib: "Bütün bu ölkələrin hamısında təşviq olunmuşam, amma həmişə ən çox İrandan təsirlənmişəm və bu əbədi olaraq mənim xatirimdə qalacaq".
Dünya şöhrətli sənətkar Ramiz Quliyev1947-ci li aprelin 30-da dünyaya göz açıb və Bakı Musiqi Akademiyasını bitirib. Hal-hazırda Respublikanın xalq artisti, professor R.Quliyev gənc ifaçı və müəllimlərin böyük bir ordusunu yetişdirməklə, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji və rəhbərlik fəaliyyətini davam etdirir.


  • Yazılıb
  • da (də) 2014 Jul 03