Tarix : 2014 Jun 27
Kod 43309

Orucun tibbi faydaları (1)

Oruc, sağlamlığın insan bədəninə daxil olması deməkdir
Müasir dövrdə tibb elmi sübuta yetirmişdir ki, oruc tutmaq qida rejimi vasitəsilə bədəndəki artıq yağlar həzm olunur, uyğunsuz və zərərli köklük azalır, bel oynaqlarına, aşağı əzaalara düşən təzyiq, dalaq, ürək, qan-damar və ifrazat sistemində tənzimlənmə yaranır, bədənin immun sistemi hazır ol durumuna gəlir, güclənir və tənzimlənir.
Həkimlərin qənaətincə, 70-dən yuxarı xəstəlik yemək-içməkdə diqqətsizlik, ya ifrat üzündən yaranır və bu xəstəliklərin qarşısının almağın ən yaxşı yolu qida rejimi və xüsusilə də oruc tutmaqdır.
Tibb elminin əsaslı nailiyyətləri göstərir ki, oruc tutduqla bədəndə öz adi həddindən çox olan elə maddələr yaranır. Bu maddələr mikrob və virus infeksiyalarının qarşısını almaqda, xərçəng hüceyrələrinin məhv edilməsində böyük rolu vardır.
Oruc tutmaq həqiqətdə bədən üçün tam istirahət verməkdir və insan orqanizminin paklanması, təmizlənməsi deməkdir. İnsanın ürəyi bir an işləyib, bir an istirahət etdiyi kimi bədənin də 11 ay davamlı işlədikdən sonra bir aylıq istirahətə ehtiyacı vardır.
Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.
Rəsuli-əkrəm (ə) buyurub: "Oruc tutun ki, sağlam qalasınız" .
Qeyd edək ki, orucun faydaları barədə tibb elmində çoxlu təhqiqatlar aparılmışdır. Hazırkı güclü texnologiya və dərin araşdırmalar nəticəsində sübuta yetmişdir ki, oruc tutmaq bədən üçün çox zəruridir. Hətta, oruc tutmağa inanc olmayan ölkələrdə də həkimlər (Jan Fremozan, Karlo, Kodel, Kelux, Aleksey Sofireyn və digər tanınmış dünya həkimləri) orucun təsirləri barədə təkid etmişlər və qeyd ediblər ki, bir ay müddətində oruc tutmaqla hər bir kəs təzə yeniləşmiş, zəhərlərdən azad olmuş bədənə sahib olur.


  • Yazılıb
  • da (də) 2014 Jun 27