Tarix : 2014 Jun 08
Kod 43113

Azərbaycanda 30 nəfər həbs olundu

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub

Arannews - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.


  • Yazılıb
  • da (də) 2014 Jun 08