Tarix : 2014 Jun 07
Kod 43107

Azərbaycanda Məmur övladları yaşlı kişini vəhşicəsinə döydülər

Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər

Arannews - Məmur övladları yaşlı kişini vəhşicəsinə döydülər .

Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər.

Hadisə iyunun 1-də Şəmkirdə baş verib. Məlumatı AzNews.az-a döyülən şəxsin oğlu Raul Kazımov verib. Onun sözlərinə görə, 01.06.2014-cü il tarixində Şəmkirdə onun azyaşlı övladlarının gözü önündə valideyinlərinə qarşı vəhşicəsinə hücum təşkil olunub: “Hücum edənlər Nəsirov Saleh, Nəsirov İnsaf, Nəsirova Məryam və Nəsirova Səbinədir. Bunlar Nazirlər Kabinetində işləyən Teyyub Nəsirovun övladlarıdır. Onlar barəsində artıq cinayət işi açılıb”.

Raul Kazımov hadisənin baş vermə səbəbləri barədə heç bir məlumat verməyib.

Teyyub Nəsirov Nazirlər Kabinetində beynəlxalq əlaqələr şöbəsinin müdir müavinidir.

Şəmkir Rayon Polis idarəsinin təhqiqat bölməsinin rəisi Vaqif Heydərov AzNews.az-a faktı təsdiqləyib: “Hər iki tərəf Gəncə sakinləridir. İndi iş bizdədir, təhqiqat aparılır. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən adam döymə) maddəsi ilə cinayət işi açılacaq”.

 


  • Yazılıb
  • da (də) 2014 Jun 07