Tarix : 2014 Jun 02
Kod 43057

Azərbaycan və Fransa kimi ölkələrdə hicab yasaqla üzləşib. Bu barədə nə etmək olar?

Avropa Parlamentinin ilk hicablı qadını: Hicab qadağaları siyasi səbəblər üzündəndir
Hicab qadağaları siyasi səbəblər üzündəndir-İslamofibiya, Avropanın hər tərəfində sürətlə genişlənməkdədir
Yunanıstanlı qadın Anna Stamou Avropa Parlamentinə seçkilərində namizədliyi irəli sürən ilk hicablı namizəddir. Seçiləndən sonra Yunanıstanda yaşayan müsəlmanlar üçün var gücü ilə mübarizə aparacağını, və onların qanuni vətəndaş olmalarına çalışacağını söz verən hicablı namizəd məscid olmayan tək Avropa paytaxtı olan Afinada, məscid üçün də iş görəcəyini vurğulayıb.
- Öz siyasi fəaliyyətinizi necə başladınız?
- Mən müsəlman olmaqdan əlavə, siyasi bir fəal idim. Əsasən də Fələstin xalqının hüquqlarının dəstəklənməsi sahəsində. Neçə ildir ki, ”Qəzzəyə Gəmi” layihəsinin üzvüyəm. 2010-cu ildə bu layihə azadlıq karvanı yaradaraq çoxlu gəmi və qayıqlar vasitəsilə Qəzzəyə daxil olmağa çalışdı. Amma ondan qabaq kiçik qayıqlarla da mühasirəni sındırmağa çalışmışdıq. Ona görə də mən çox illər öncədən siyasi fəal idim və könüllü olaraq fəaliyyət göstərirdim. Bütün bu layihələr məni siyasət aləminə qərq etdi və dünyada baş verən hadisələrlə daha yaxından və artıq tanış oldum. Mənim Avropa Parlamentinə namizədliyim də “Qəzzəyə Gəmi” layihəsinin rəhbəri tərəfindən təklif olundu. Ona görə də öz düşüncəmin ardınca və təkcə Yunanıstanda yox, dünyanın hər tərəfindən ədalətin qurulmasının ardıncayam.
- Hicablı olduğunuz üçün sizə məhdudiyyətlər yaratmırlar?
- Xeyir, biz qanun çərçivəsində əməl edirik. Mənim nəzər və ideyalarımla Avropa Parlamentinin nəzərləri arasında heç ziddiyyət yoxdur. Bu parlamentin hər bir hərəkəti bizə ictimai ədalət barədə daha artıq məlumat əldə etməyə imkan yaradır. Əgər mənə aidiyyatı olan bir məsələdə ədalətli davranmasalar, məlum olur ki, bu barədə düşünməlidilər. Parlementdə bəziləri ədalətdən danışdıqca, şərait də parlamentdə dəyişəcək.
- Azərbaycan və Fransa kimi ölkələrdə hicab yasaqla üzləşib. Bu barədə nə etmək olar?
- Hicab məhdudiyyətləri siyasi səbəblər üzündən icra olunur. Mənim ölkəmdə hicab qadağan deyil və onu qadağan etmək də olmaz. Çünki ölkənin yerli əhalisinin bir hissəsini müsəlmanlar təşkil edir. Ona görə də ölkənin məhkəmə sistemi hicabı qəbul edir. Əlbəttə, Yunanıstanda da təəssübkeşlik və islamofob təbliğləri də vardır. Belə düşünürəm ki, camaatın necə geyinməsini nəzərə almadan onların səsini eşitməyə çalışmaq üçün indi yaxşı fürsətdir. Mənim AP-da hicablı qadın kimi yox, bir siyasi fəal müsəlman kimi iştirakım səbəb olur ki, hamı mənim sözümü dinləsin, müsəlmanların nə deməsinə qulaq assınlar, daha diqqətləri müsəlmanların nə geyinməsinə, inanclarına toplanmasın.
- Sizcə, müsəlmanların qeyri-fəallığından əlavə, Avropada sionist lobbisinin və digər düşəmənlərinin də hicabın yazaq olmasına təsiri varmı?
Avropanın xarici siyasətnin çoxlu problemləri vardır və onları aradan qaldırmaq lazımdır. Mənə elə gəlir ki, bu Avropa birliyinin daxililndə olan problemlər üzündəndir. Deyə bilmərəm ki, mənim partiyam bu birliyə daxil olan kimi, problemləri dərhal həll edəcək. Çünki lobbilərin fəaliyyəti on illər öncədən başlayıb. Lakin, müsəlmanlar lazım olan qədər fəaliyyətdə olmayıb. Avropa Parlamentini nyaranmasının əvvəllərindən orda fəaliyyət göstərsəydilər indiki vəziyyət alınmazdı. Təəssüf edirəm ki, insan hüquqları adı ilə insanlara ittiham edirlər, lakin özləri bu hüquqlara riayət eləmirlər. Məsələn, Myanmardakı soyqırımı, yaxud Cənubi Afrikadakı demokratiyanı məhkum etmələrini görmürük. Digər ölkələrə hücum etmək barədə düşünürlər. Bu da digər ölkələrə münasibətdə ikili siyasət deməkdir. İrana qarşı sanksiyaların azalması ilə Avropa ölkələri İranla əlaqələr qurmağa çalışırlar. Bir tərəfdən də İranı insan hüquqlarını pozmaqda ittihamlandırırlar. Məncə, bu yalnız siyasi yönüm daşıyır. Mən özüm İranda olmuşam. Bilirəm ki, bu ölkədə qadınlar bizim ölkədə olduğundan daha çox kişilərlə bərabər hüquqları vardır. İranda parlament üzvü olan qadınların sayı bizim ölkənin parlamentində olduğundan çoxdur. İranda qadınların zəif olması fərziyyəsi səhvdir. Lakin, media təbliğatı belə görüşlərin Avropaya daxil olmasına imkan vermirlər. Bu durum tədriclə dəyişməlidir.

- Sizin fikrinizcə, Avropa Parlamentində İslam ölkələrini və islami dəyərləri himayə etmək məqsədilə İslam lobbisi yaratmaq nə qədər əhəmiyyətlidir?
- Qeyd etdiyiniz lobbinin yaradılmasının doğrudan da müsəlmanların ehtiyacı olduğu bir şeyin olub-olmamasını bilmirəm. Amma mənə elə gəlir ki, əgər müxtəlif ölkələrdən bir neçə müsəlman bu parlamentə üzv olsalar, AP-da əsaslı dəyişikliklərin şahidi olarıq. Çünki islami dəyərlərə əməl olunsa – nəniki onu öyrədək – yəni İslamı təbliğ etmək əvəzinə, İslamla yaşasaq, o zaman hamı üzərində təsir qoymaq olar. Təsirli olmaq üçün lobbiyə ehtiyac yoxdur. Zənnimcə, bunun Avropa heç bir təsiri olmayacaq.

  • Yazılıb
  • da (də) 2014 Jun 02