Tarix : 2014 May 29
Kod 43023

Azərbaycanda bir əsgər xəstəlikdən ölüb

Hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb

Arannews - Azərbaycanin Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb .

Hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.

Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


  • Yazılıb
  • da (də) 2014 May 29