Tarix : 2014 Apr 16
Kod 42556

Azərbaycanda "Quran işığında" adlı tədbir keçrilib

tədbirə Xanımlar öz çıxışlarında mütəal Allahın Quranda bütün bəşəriyyətə verdiyi nişanların nə qədər vacib olduğunu vurğulayıblar

Arannews - Nardaranda "Quran işığında" adlı tədbir keçrilib .

Quran məclisi Əhli-Beytə salam və salavatlarla "Fərəc" duasının oxunması ilə başlayıb

Nardaranın möminə xanımları bütün dünyanın məzlum müztəsəflərini dualarla yad edib. Bütün İslam torpaqları ilə bahəm Qarabağ torpaqlarının da azadlığı əziz və bağışlayan Allahdan istənilib. Xanımlar öz çıxışlarında mütəal Allahın Quranda bütün bəşəriyyətə verdiyi nişanların nə qədər vacib olduğunu vurğulayıblar. Daha sonra Quran qarilərinin iştirakı ilə Qurani Kərimin 4-cü surəsi tilavət olunub. Bir neçə Quran da oxunması üçün cüzlər şəkilində xanımlara paylanılıb.


  • Yazılıb
  • da (də) 2014 Apr 16