Tarix : 2014 Mar 30
Kod 42379

Tanınmış təbrizli aktyor: Azərbayacan Respublikasında dedilər ki, sən Stalinə oxşayırsan!

Bilmirəm mən Stalinə oxşayıram, yoxsa o mənə oxşayır
AranNews - Tanınmış təbrizlli aktyor Haşim Çavuşi Novruz münasibətlə "Təbrizi-bidar"a müsahibəsində özünün Bakı xatirələrindən danışıb. O deyib: "60-cı illərdə bizim etdiyimiz işlər Şərqi Azərbaycan televiziyasının istiqamətli və önəmli işləri idi. O cümlədən "Yar qazandı", "Haq verməz" kimi filmlər. Bu filmlər sonralar Bakı televiziyasından da yayımlandı. Bu teleseriyalların yayımlanmasından sonra Bakıya səfər etdim. Azərbaycan Dövlət Televiziyasının o zamankı sədri Qeysər müəllimin qonağı idim. Onun ofisində çay içirdim. Gördüm Qeysər müəllim mənə baxır. Dedim, mənə niyə belə baxırsan? Dedi ki, bilirsən, sən Stalinə çox oxşayırsan. Əgər bir gün Stalin barədə film çəksələr, məni bu rola səni təklif edəcəyəm. Güzgüyə baxdım, gördüm düz deyir. Amma bilmirəm, mən Stalinə oxşayıram, yoxsa o mənə oxşayır".
  • Yazılıb
  • da (də) 2014 Mar 30