Tarix : 2014 Mar 30
Kod 42377

Azərbaycanda Yusif və Zəhra adları populyarlığını saxlayır

2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb və dini adlar populyar təşkil edir

2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb və dini adlar populyar təşkil edir.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır.

İranın istehsal etdiyi və "Səhər" telekanalının dublyaj etdiyi Həzrət Yusif (ə) peyğəmbərin həyatından bəhs edən "Yusif" serialı Azərbaycan Respublikasından yayımlandıqdan sonra Yusif adı populyarlaşmışdır. Bu müddət ərzində öz populyarlığını qorumuşdur.

Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.

 


  • Yazılıb
  • da (də) 2014 Mar 30