Tarix : 2014 Mar 19
Kod 42314

Bakıda 6 nəfər tonqalda yandı

Ötən gün qeyd olunan ilaxır çərşənbəsində Bakıda 6 nəfər tonqal ətrafında yanıb
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın dediyinə görə, onlardan 5-nin yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin-tibbi yardım göstərilib.

Həkimin sözlərinə görə, onların bəzilərinin əlləri yanıb, birinin isə külək nəticəsində alov üzünə vurub və yüngül yanıq xəsarətləri alıb.

Z.Vahidova qeyd edib ki, tonqal ətrafında yananlardan birinin yanıq dərəcəsi ağır olduğuna görə Respublika Yanıq Mərkəzinə yerləşdirilib:

"Hadisə ötən gün Bakının Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 10 yaşlı Aliyə Həsənova tonqalın üzərindən tullanarkən alovun üstünə düşüb. Onun aşağı ətraflarında, sol əlində ciddi yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə yerləşdirilib".apa
  • Yazılıb
  • da (də) 2014 Mar 19