Arannews-Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib .
Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib .
Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib .
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.