Tarix : 2015 Aug 23
Kod 46352

Rusiya Federasiyasi Azərbaycan Respublikasinda yeni hərbi baza tikəcəkmi?

Rusiya Federasiyasının hərbi bazasının yenidən Azərbaycan ərazisində peyda olunacağına...

Arannews- Rusiya tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır .

Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı məlumat yayıb .

Rusiya Federasiyasının Azərbaycanda yeni hərbi baza planı, Zakir Həsənovun Rusiya səfəri və Dağlıq Qarabağla bağlı AzadXeber.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərova cavablandırıb :

Rusiyanın Azərbaycanda yeni hərbi baza quracağı ilə bağlı məlumat yayılıb. Bunu necə şərh edirsiniz ?

Doğrusu bu xəbərin hardan qaynaqlandığını mən dəqiq bilməsəm də, burada bir az qeyri-rəsmiliyin olmasını hiss edirəm. Nəzəri baxımdan indiki şəraitdə hər şey mümkündür. Amma, praktiki və reallığı baxımından isə bunun gerçəkləşdiriləcəyini düşünmürəm. Ən azından bir sıra siyasi, iqtisadi və hərbi vəziyyətlərə görə, mən Rusiya Federasiyasının hərbi bazasının yenidən Azərbaycan ərazisində peyda olunacağına o qədər də inanmıram. Bir də, bu ola bilsin ki, bu Azərbaycan ictimaiyyətinin reaksiyasının yoxlanılması üçün dövriyyəyəburaxılmış növbəti dezolardan biridir. Hər halda, bu çox ciddi bir məsələ olduğuna görə, yəqin ki, rəsmi dairələr bu fikrə münasibət bildirəcəklər. Ən azından, XİN və Müdafiə Nazirliyi yəqin ki, bu məsələnin nə dərəcə doğru və yalan olmasına bir balaca da olsa fikir və münasibət açıqlayacaqlar .

Zakir Həsənov Rusiyaya səfər etdi. Sizcə iki ölkə arasında hansı razılaşmalar edildi ?

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya paytaxtına öz həmkarı RF müdafiə naziri Serqey Şoyqunun dəvəti əsasında son vaxtlar ard-ardınca ikinci səfəri də müxtəlif söz-söhbətlərə səbəb olub. Bu təbiidir. Amma, düşünmürəm ki, ortalıqda hansısa ciddi irəliləyiş və ya Qarabağımızla bağlı hansısa ciddi addımlar var. Sözsüz ki, tərəflər regional, hərbi-siyası mövzularda müzakirələr edir, gələcək üçün perspektivləri bir birinin diqqətinə çatdırır və önəmli məsələr barəsində mövqelərini açıqlayırlar .

Son vaxtlar Azərbaycan hökumətinin Dağlıq Qarabağla etdiyi müharibə çağırışları sizcə realdırmı? Yoxsa lazım gələrsə tendensiyası davam edir ?

Sonuncu sualınıza cavab olaraq isə onu bildirmək istəyirəm ki, nə qədər ki Qarabağla bağlı Azərbaycanın ədalətli və haqq işi öz təsdiqini tapmayıb, orada istənilən anda döyüş əməliyyatlarının başlaması mümkündür. Ona görə də, həm siyası, həm də hərbi dairələrimizdən son vaxtlar eşidilən bəyanatlar, sərt açıqlamaları da bu konteksdən qəbul etmək lazımdır.

  • Yazılıb
  • da (də) 2015 Aug 23